Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçirilib

Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçirilib Azərbaycan nümayəndələri məsləhətləşmələrdə müşahidəçi qismində iştirak edib
Xarici siyasət
5 İyul , 2017 10:36
Moskvada MDB ölkələrinin XİN-lərarası məsləhətləşmələri keçirilib
cis.minsk.by

Bakı. 5 iyul. REPORT.AZ/ Moskvada Xarici İşlər nazirlikləri arasında "MDB-yə üzv dövlətlərin yeni çağırışlar və təhdidlərə qarşı mübarizədə əməkdaşlığı. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yanaşmaların koordinasiyası imkanları" mövzusunda məsləhətləşmələr keçirilib.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın, eləcə də MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin, MDB ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizə üzrə koordinasiya Bürosunun, Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib.

Məsləhətləşmələri MDB İcraiyyə Komitəsinin Humanitar Əməkdaşlıq, Ümumsiyasi və Sosial Problemlər Departamentinin direktoru Vladimir Kiku açıb.

Məsləhətləşmələrə Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktor müavini Dmitri Feoktistov sədrlik edib.

Məsləhətləşmələr zamanı MDB ölkələri arasında antiterror əməkdaşlığı ilə bağlı çoxtərəfli məsələlər, İŞİD-in fəaliyyəti, xarici terrorçu-yaraqlıların yaratdığı problemlər, radikallaşmaya qarşı mübarizə kimi məsələlər nəzərdən keçirilib.

Bundan əlavə, XİN nümayəndələri çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, antinarkotik əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi