Bakı. 31 avqust. REPORT.AZ/ Moskvada sentyabrın 2-də MDB ölkələri xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək.
"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, xarici siyasət orqanlarının nümayəndələri BMT-də öz ölkələrinin nümayəndə heyətləri arasında əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 71-ci sessiyasında MDB-yə üzv dövlətlərin prioritetlərini müəyyənləşdirəcəklər.
Humanitar məsələlərin müzakirəsi zamanı məsləhətləşmələrdə Ümumdünya Humanitar Sammitinin yekunları qeyd ediləcək və BMT-nin qaçqın və miqrantlarla bağlı sammiti və qlobal qaçqın böhranı ilə bağlı sammiti kontekstində miqrasiya məsələləri nəzərdən keçiriləcək.
Həmçinin BMT-nin orqanlarına seçkilərə də xüsusi diqqət ayrılması planlaşdırılır.