Monteneqrodan Azərbaycana başsağlığı: “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”

Monteneqrodan Azərbaycana başsağlığı: “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir” “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”.
Xarici siyasət
28 Yanvar , 2023 07:38
Monteneqrodan Azərbaycana başsağlığı: “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”

“Diplomatik nümayəndəliklərə qarşı zorakılıq yolverilməzdir”.

“Report” xəbər verir ki, bu, Monteneqronun Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumunu pisləyən bəyanatında yer alıb.

“Monteneqro Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.

Diplomatik nümayəndəliklərə qarşı zorakılıq halları yolverilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı veririk”, - XİN-in yaydığı bəyanatda qeyd olunur.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi