Sessiya zamanı, həmçinin Avropa ölkələrində çirkli pulların yuyulması, xüsusilə də mütəşəkkil cinayətkarlıq nəticəsində əldə olunan gəlirlərin yuyulması ilə mübarizə məsələləri, "İslam Dövləti" qruplaşması ilə əlaqədar olan şəxslər barəsində maliyyə sanksiyalarının həyata keçirilməsi üzrə MONEYVAL-a daxil olan ölkələr tərəfindən qəbul edilən tədbirlər müzakirə olunacaq.
1997-ci ildə təsis edilən MONEYVAL - FATF tipi üzrə regional qrupdur. Onun vəzifələrinə Avropa ölkələrinə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə əks təsir sahəsində beynəlxalq standartlar siyasətinin yayılması daxildir. MONEYVAL Avropa Şurasının cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinin yarımkomitəsidir (CDPC).