Milli Məclisin üzvü Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidəki toplantısında iştirak edir
- 20 iyun, 2019
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın paytaxtı Tbilisidə Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 26-cı Baş Assambleyası başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentində keçirilən toplantının əsas mövzusu müasir ictimai-siyasi proseslərdə parlamentarizmin roluna həsr olunub.
Beynəlxalq tədbirdə 25 ölkədən 100-ə yaxın nümayəndə iştirak edir.
Azərbaycanı assambleyada Milli Məclisin deputatı Mixail Zabelin təmsil edir.
İyunun 22-nə qədər davam edəcək toplantıda iştirakçılar PPA-nın fəaliyyətini, yeni layihələri müzakirə edəcəklər və 2019-2020-ci illər üçün fəaliyyət planını təsdiqləyəcəklər. Nümayəndələrin Gürcüstan patriarxı II İlya ilə görüşü də planlaşdırılıb.
Assambleyanın işinə nümayəndə heyətlərinin Kaxeti bölgəsinə səfəri ilə yekun vurulacaq.