Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Bakı. 16 dekabr. REPORT.AZ/ Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb.
Xarici siyasət
1713
16 Dekabr , 2018 22:57
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub.

Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib.

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edib.

Son xəbərlər

Orphus sistemi