Yuxarı

​Milli Məclisin sədri BMT-də Belarus həmkarı ilə görüşüb

Spikerlər iki ölkə parlamentləri arasında əməkdaşlıq məsələləri və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər

Bakı. 1 sentyabr. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.

"Report" Belarusun BMT-dəki missiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Nyu-Yorkda BMT-nin mənzil-qərargahında parlament spikerlərinin konfransının açılışı çərçivəsində baş tutub.

Görüşdə spikerlər iki ölkə parlamentləri arasında əməkdaşlıq məsələləri və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi