Strasburq. 10 oktyabr.
“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, sənəddə quruma üzv dövlətlərə bu sahədə dövlət siyasətinin yürüdülməsinə, radikallaşmanın qarşısını almaq üçün dövlət strategiyasının işlənib hazırlanmasına dair tövsiyələr verilib.
Qətnamə 109 nəfər lehinə, 7 nəfər əleyhinə və 2 nəfər bitərəf olmaqla qəbul edilib.
Qeyd edək ki, sənəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova tərəfindən hazırlanıb.
Qeyd edək ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.