Yuxarı
    Bağlamaq

    Milli Məclis Azərbaycan və Türkiyədə sürücülük vəsiqələrinin qarşılıqlı tanınması haqda sazişi təsdiqləyib

    Saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb

    Bakı. 6 may. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

    "Report"un xəbərinə görə, saziş barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Komitə sədri qeyd edib ki, saziş 2016-cı il martın 15-də Ankara şəhərində imzalanıb. 

    Milli Məclis sazişi təsdiqləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi