Milli Məclis Ankarada baş verən terror hadisəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

Milli Məclis Ankarada baş verən terror hadisəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib Artur Rasi-zadə parlamentə gəlib
Xarici siyasət
15 Mart , 2016 12:04
Milli Məclis Ankarada baş verən terror hadisəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

Bakı. 15 mart. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb. "Report"un məlumatına görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə üç məsələnin müzakirəsi daxil edilib.

İclasda Azərbaycanın baş naziri Artur Rasi-zadə də iştirak edir.

Əvvəlcə martın 13-də Ankarada baş verən terror hadisəsində həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Hesabatı baş nazir təqdim edəcək.

Daha sonra "Lisenziyalar və icazələr haqqında" (üçüncü oxunuş) və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" (ikinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi