Avqustun 26-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Şəmkirə gedib.
“Report” Meksika səfirliyinə istinadən xəbər verir ki, diplomat əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb.
Söhbət zamanı əməkdaşlığın mühüm istiqaməti kimi turizm önə çəkilib. Səfir 2017-2018-ci illər ərzində Azərbaycanda meksikalı turistlərin sayının 8.93%, Meksikada isə azərbaycanlı turistlərin sayının 20% qədər artdığını, azərbaycanlı turistlərın daha çox Mexiko və Kankun şəhərlərinə səyahət etməyə üstünlük verdiklərini diqqətə çatdırıb.
Səfər çərçivəsində meksikalı diplomat Alman kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, Şəmkir Aqroparkı və Şərab İstehsalı Zavoduna baş çəkib.