MDB PA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

Xarici siyasət
  • 27 sentyabr, 2016
  • 05:45
MDB PA missiyası Azərbaycanda keçirilmiş referendumun monitorinqinin nəticələrinə dair yekun sənəd qəbul edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçilər missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendumun) monitorinqinin nəticələrinə dair müşavirə keçirib.

MDB PA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iştirakçılar Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən seçki məntəqələrində səsvermənin gedişinin monitorinqi üzrə təəssüratlarını bölüşüb.

MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey müşahidəsi əsasında apardığı qeydləri, eləcə də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum üzrə monitorinq barədə informasiya təqdim edib.

Müşavirə iştirakçıları monitorinq nəticələrinə dair yekun sənədi müzakirə edib və sənəd qəbul edilib.