"Azərbaycan Prezidenti
"Report" xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Bakıda Prezident İlham Əliyevin Soçidəki Valday klubunda çıxışı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun fikrincə, bu bacarıq sayəsində bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, eləcə də danışıqların keçirildiyi məkana çevrilib: "Bu gün Azərbaycan Prezidentinin beynəlxalq aləmdə hörməti yüksəkdir".
"İlham Əliyevin Soçiyə - Valday forumuna dəvət olunması Moskvanın Bakı ilə dostluq münasibətlərinin ifadəsidir", - deyən S.Markov vurğulayıb ki, ölkələr arasındakı münasibətlərdə "Bakı havası" yaşanır.
Onun sözlərinə görə, dövlət başçısı Soçidə
"Hesab edirəm ki, bu, ümumilikdə, forumun ən güclü çıxışlarında biri idi. Forumda iştirak edən akademik və media cəmiyyəti münaqişə barədə kifayət qədər məlumatlı deyildi, çünki onların mövqeyi erməni diasporunun təsiri altında olan medianın məlumatları sayəsində formalaşır. Bu baxımdan Azərbaycan Prezidentinin çətin auditoriyası var idi”, - deyə rusiyalı ekspert əlavə edib.
S.Markov BMT-nin bu gün Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb: "Heç bir ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrini şübhə altına almır. O başqa məsələ ki, İlham Əliyevin də dediyi kimi, bu qətnamələr yerinə yetirilmir".