Bakı. 17 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Malta Respublikasının baş naziri Cosef Muskatın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb. “Report”un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Malta Respublikasının baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Malta Respublikasının baş naziri Cosef Muskatı hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.