Yuxarı
    Bağlamaq

    Malayziyanın baş naziri Azərbaycana səfərə gələcək

    Sentyabr ayının 11-də Malayziyanın baş naziri Azərbaycana ilk rəsmi səfərini edəcək

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 11-də Malayziyanın baş naziri Nəcib Tun Razak Azərbaycana ilk rəsmi səfərini edəcək. Report Malayziyanın Bernama dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın prezidenti İlham Əliyevin dəvəti ilə baş tutan görüş bir sıra sahələrdə, xüsusilə də ticarət və investisiya sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır. 

    Malayziyanın baş naziri Bakıya sentyabrın 11-də axşam gələcək. Sentyabr ayının 12-də Azərbaycan prezidenti ilə təkbətək və geniş tərkibli ikitərəfli görüş nəzərdə tutulub. Səfər çərçivəsində iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üzrə Anlaşma Memorandumu, həmçinin Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və Malayziyanın "Petronas" neft-qaz şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanması planlaşdırılır.

    Nəcib Tun Razak həmçinin Malayziyanın Azərbaycandakı səfirliyinin açılış mərasimində də iştirak edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi