Macarıstanın xarici işlər naziri Azərbaycan Dillər Universitetində olub

Macarıstanın xarici işlər naziri Azərbaycan Dillər Universitetində olub P.Siyarto S.Seyidova Azərbaycanda Macarıstanın mədəniyyəti və dilinin təbliğində göstərdiyi xidmətlərə görə orden verib
Xarici siyasət
4 Noyabr , 2014 13:28
Macarıstanın xarici işlər naziri Azərbaycan Dillər Universitetində olub
Bakı. 4 noyabr. REPORT.AZ/ Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycan Dillər Universitetində olub. "Report" xəbər verir ki, P.Siyarto ilk növbədə universitetin rektoru Səməd Seyidovla görüşüb.

Görüşdə S.Seyidov universitetdə macar dilinin tədrisinin başlanılmasında göstərdiyi yardıma görə Macarıstan tərəfinə təşəkkür edib.

P.Siyarto, öz növbəsində, macar dilinin tədris olunmasından məmnunluğunu ifadə edib. "Biz Macarıstan və Azərbaycan arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün insanlar arasında əlaqələri möhkəmləndirməliyik" - deyə, nazir qeyd edib.

O qeyd edib ki, Azərbaycanın prezidenti İ.Əliyevin Budapeştə səfəri zamanı Macarıstanda təhsil almaq üçün təqaüdlərin ayrılması haqqında razılaşma imzalanacaq, bu da azərbaycanlı tələbələrə Macarıstanda ali təhsil almaq imkanını verəcək.

P.Siyarto, həmçinin Aİ Şərq Əməkdaşlığı proqramının vacibliyini vurğulayıb.

Daha sonra P.Siyarto tələbələr qarşısında mühazirə ilə çıxış edib.

Nazirin sözlərinə görə, bü gün dünyada qüvvələrin yenidən bölünməsi müşahidə olunur: Bir ölkə dünən geridə qalıbsa, bu gün dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilə bilər. Bu mənada Avropa öz rəqabət qabiliyyətini itirib. 

P.Siyarto Macarıstanın enerji siyasəti haqqında da danışıb və bildirib ki, ölkə Cənub axını layihəsini dəstəkləyir və Nabukko layihəsinin baş tutmamasına görə təəssüf edir. 

Son xəbərlər

Orphus sistemi