Bakı. 6 aprel. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri Jolta Çutoranın (Zsolt Csutora) diplomatik missiyası başa çatır.
"Report" xəbər verir ki, səfir iyunun sonlarında Azərbaycanı tərk edəcək.
Yeni səfirin adı bir müddət sonra məlum olacaq.
Qeyd edək ki, J.Çutora Azərbaycanda Macarıstan səfirinin vəzifəsinin icrasına 2010-cu ildə başlayıb.