“Bizim siyasi münasibətlərimiz hər zaman qarşılıqlı hörmətə əsaslanıb. Biz heç bir şəkildə bir-birimizin daxili işlərinə qarışmaq, müdaxilə etmək niyyətində olmamışıq. Ona görə bizim iqtisadi münasibətlərimiz hər zaman çox gözəl inkişaf edib”.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Ölkələrimiz arasında açıq qalmış heç bir siyasi məsələ mövcud deyil. Bu bizə imkan verib ki, iqtisadi, maliyyə və biznes sahəsində əməkdaşlığımızı inkişaf etdirək. Misal üçün, aparıcı enerji içkisi “Hell” Azərbaycanda bazar liderinə çevrilib. Bundan başqa, “WizzAir” Azərbaycandan uçuşlarını bərpa etmək niyyətindədir”, - o vurğulayıb.