"Azərbaycanla Macarıstan arasında dostluq əlaqələri var və onların daha da gücləndirilməsi üçün möhkəm baza var".
"Report" xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto ADA Universitetində mühazirəsində deyib.
Nazir Azərbaycan və
P.Siyarto mühazirəsi zamanı həmçinin Avropadakı qeyri-qanuni miqrasiya probleminə də toxunub: "Qeyri-qanuni miqrasiya problemi ilə üzləşmişik. Ölkəmizin ərazisində qalan və ya Macarıstandan tranzit ölkə kimi istifadə edən, təxminən, 4 milyon qanunsuz miqrantımız var. Aİ miqrasiya siyasətimizə görə sərt tənqid etsə də, bunun əleyhinə çıxırıq, bunun əleyhinə olan xalqımız qarşısında öhdəliklərimizi yerinə yetiririk".
Macarıstan XİN başçısı qeyd edib ki, Avropanı daha güclü etmək üçün hər bir ölkə öz milli kimliyini qoruyub saxlamalıdır: "Bu baxımdan deyə bilərəm ki, Azərbaycanla fəxr etmək olar".