Yuxarı
    Bağlamaq

    Latviya prezidenti Bakıda keçiriləcək IV Qlobal Forumda iştirak etməyəcək

    Onun əvəzinə foruma Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa gələcək

    Bakı. 7 mart. REPORT.AZ/ Latviya prezidenti Raymonds Veyonis Bakıda keçiriləcək IV Qlobal Forumda iştirak etməyəcək.

    "Report"un diplomatik mənbələrə istinadən məlumatına görə, prezident xəstəliyi səbəbiylə tədbirdə iştirak edə bilməyəcək. Onun əvəzinə foruma Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa gələcək.

    Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkil etdiyi IV Qlobal Forum martın 10-11-də Bakıda keçiriləcək.

    Xatırladaq ki, Latviya prezidenti R.Veyonis həkimlərin onda ürək klapanına təsir edən septik infeksiya aşkarlamasından sonra, daha dəqiq desək, yanvarın 18-də xəstəxanaya yerləşdirilib. Yanvarın 20-də ürəyindən təcili əməliyyat olunan prezidentin infeksiya yoluxmuş ürək klapanı protezlə əvəz edilib. R.Veyonis fevralın sonunda xəstəxanadan evə buraxılıb. Onun xəstəliyi səbəbiylə öhdəliklərini yerinə yetirə bilmədiyi dövrdə prezident səlahiyyətlərini Latviya seyminin (parlamentinin) sədri İnara Murnietse icra edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi