Küveytdə Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş mərasim keçirilib

Küveytdə Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş mərasim keçirilib Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Küveytdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Xarici siyasət
12 Dekabr , 2017 22:07
Küveytdə Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş mərasim keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Küveytdəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə səfirliyimizin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri və KİV nümayəndələri iştirak edib.

Öncə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan səfir Elxan Qəhrəman müasir müstəqil dövlətimizin qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu, bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını, keşməkeşli həyat yolu keçmiş Heydər Əliyevin hansı vəzifədə işləməsindən asılı olmayaraq daim xalqını düşündüyünü, onun problemlərinin həlli yolunda prinsipiallıqla mübarizə apardığını, onun əvəzsisz xidmətləri sayəsində Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə və bölgədə lider dövlətə çevrildiyini qeyd edib. Təməli Ulu öndərimiz tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və hazırda Azərbaycan xalqının onun rəhbərliyi ilə demokratiya, sülh və tərəqqi yolu ilə irəlilədiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Bununla yanaşı, səfirliyimizdə ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər.

Göstərilənlərlə yanaşı, Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Nahar" və Əl-Cəridə qəzetlərinin 11 dekabr tarixli buraxılışında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anma gününə ithafən Səfirin müsahibəsi dərc olunub. Səfir öz müsahibəsində Küveyt ictimaiyyətini və geniş oxucu kütlələrini Ümummilli liderin keçdiyi zəngin həyat yolu və fəaliyyəti barədə məlumatlandırıb. Həmçinin 11 dekabr tarixində Küveytin Əl-Bilad xəbərlər agentliyində “Mərhum Prezident Heydər Əliyev: müasir Azərbaycan dövlətinin qurucusu” və Əl-Rasid qəzetində “Heydər Əliyev Azərbaycan Xalqının ümummilli Lideridir” başlığında geniş məqalələr nəşr edilib. Məqalələrdə Ulu öndərin həyatı və tarixi fəaliyyətindən bəhs edilmiş, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatında nail olduğu inkişafın Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğu bildirilib, habelə Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin ərəb və islam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olduğu, onun Dövlət Təhsükəsizlik Komitəsində, Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı dövrlərdə tarixi fəaliyyəti, Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, habelə bu siyasət nəticəsində ölkəmizin həm iqtisadi inkişaf baxımından, həm də respublikada gedən siyasi islahatlar baxımından çox dinamik şəkildə inkişaf etdiyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi