Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub Tədbirdə bu ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz iştirak ediblər
Xarici siyasət
30 Dekabr , 2016 22:06
Küveytdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən xəbərə görə, diplomatik nümayəndəlikdə keçirilən tədbirdə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə, tədbir iştirakçılarına Prezident İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu tarixin yaradıcısı ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycanın istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Prezidentinin fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Tədbirin sonunda bayram ziyafəti verilib.

Son xəbərlər

Orphus sistemi