Kubanın yeni səfiri bu gün Azərbaycana gələcək

Kubanın yeni səfiri bu gün Azərbaycana gələcək Alfredo Nyeve Portuondo etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq
Xarici siyasət
29 Noyabr , 2016 11:18
Kubanın yeni səfiri bu gün Azərbaycana gələcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Alfredo Nyeve Portuondo bu gün Bakıya gələcək.

Bu barədə "Report"a Kubanın Azərbaycandakı diplomatik missiyasından məlumat verilib.

O, bu vəzifədə səfir Omar Medina Kinteronu əvəzləyəcək.

Alfredo Nyeve Portuondo etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, daha əvvəl A.N.Portuondo Kubanın Belarusdakı səfiri kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi