Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xarici siyasət
3 Aprel , 2024 16:03
Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi