Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Bakıya gəlib Yaxın vaxtlarda xanım diplomat Azərbaycan XİN-də görüşlər keçirərək öz etimadnaməsini təqdim edəcək
Xarici siyasət
16 Yanvar , 2016 10:54
Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Bakıya gəlib

Bakı. 16 yanvar. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili Marta Qalindo Bakıya gəlib.

"Report"un məlumatına görə, yaxın vaxtlarda xanım diplomat Azərbaycan XİN-də görüşlər keçirərək öz etimadnaməsini təqdim edəcək.

M.Qalindo bu postda 2015-ci ilin sonunda Azərbaycandakı diplomatik missiyasını başa çatdıran Əsəd Xose Xater Penyanı əvəz edəcək.