Kestutis Yankauskas: "Azərbaycanla vizanın ləğvi barədə dialoqun başlanmasına doğru addım atılıb"

Xarici siyasət
  • 13 dekabr, 2018
  • 12:01
Kestutis Yankauskas: Azərbaycanla vizanın ləğvi barədə dialoqun başlanmasına doğru addım atılıb
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas
Report/ Firi Salim

Bakı. 13 dekabr. REPORT.AZ/ Avropa İttifaqı və Azərbaycan arasında viza və readmissiya komitələrinin iclaslarında irəliləyiş qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycan vətəndaşları üçün vizaların ləğv edilməsi perspektivlərini şərh edərkən bildirib.

"Sentyabr ayının ortalarında Avropa İttifaqı və Azərbaycan Brüsseldə viza və readmissiya üzrə komitələrin iclaslarını keçiriblər. Görüşlərdə irəliləyiş qeydə alınıb, viza liberalizasiyası üzrə dialoqa başlamaq üçün addım atmışıq", - səfir deyib.

44 filmi