Kerri Kennedi: "Azərbaycan region üçün çox önəmli ölkədir"

Kerri Kennedi: "Azərbaycan region üçün çox önəmli ölkədir" Azərbaycan strateji coğrafi mövqeyi nəzərə alınmaqla region üçün çox önəmli ölkədir.
Xarici siyasət
14 Mart , 2019 17:43
Kerri Kennedi: Azərbaycan region üçün çox önəmli ölkədir

Azərbaycan strateji coğrafi mövqeyi nəzərə alınmaqla region üçün çox önəmli ölkədir.

Bu barədə "Report"a Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi bildirib.

"Azərbaycan Çinlə Aİ, Rusiya ilə İran arasında əlaqələndirici halqadır. Bu, bütün dünyanın diqqətinin yönəldiyi regiondur. Azərbaycan qonşuları ilə yaxşı münasibətləri olan azsaylı ölkələrdən biridir. Burada yalnız Ermənistanla münaqişə istisnadır", - o deyib.

K.Kerri Azərbaycanın inkişafı üçün prioritetin sabitliyin möhkəmləndirilməsi olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi