"Azərbaycanda rus dilinə olan münasibəti başqalarına nümunə göstərmək olar".
"Report" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.
Onun sözlərinə görə, keçmiş Sovet İttifaqı məkanında rus dilinə Azərbaycandakından daha isti və daha effektli münasibət çətin ki tapılar.
L.Kalaşnikov qeyd edib ki, Azərbaycanda doğma dilə sadiq qalmaqla rus dilinə bu qədər isti münasibət göstərilməsi onun dünya mədəniyyətinə çıxış kanalı olması ilə izah olunur.
L.Kalaşnikov Rusiyada Azərbaycan nümunəsi haqqında tez-tez danışdığını vurğulayıb.
Dövlət Dumasının komitə sədri həmçinin rus dilinin inkişafı və qorunması prosesinin əsasını vaxtilə ümummilli lider