“Qarşılıqlı anlaşma haqqında yeni memorandum bizim şaxələndirmə istiqamətində səylərimizdə Cənub Qaz Dəhlizinin strateji rolunu bir daha vurğulayır”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq Aİ-yə təbii qaz nəqlini artırıb və tendensiya davam edəcək. Bu il əlavə 4 milyard kubmetrədək qaz nəql olunacaq, 2027-ci ilədək isə tədarük həcminin iki dəfəyədək artırılması gözlənilir.
“Əməkdaşlığımız bununla məhdudlaşmır, bərpa olunan enerji mənbələrindən istifadənin sürətləndirilməsini və metan qazı tullantıları ilə mübarizəni əhatə edir. Bu addımlar tədarükün təhlükəsizliyini artıracaq və iqlim sahəsində məqsədlərimizə çatmaqda kömək edəcək”, - Kadri Simson deyib.