İtaliyalı professor: Urbanizasiyanın artması müasir meqapolislər üçün əsas təhlükələrdən biridir

Xarici siyasət
  • 22 may, 2026
  • 10:43
İtaliyalı professor: Urbanizasiyanın artması müasir meqapolislər üçün əsas təhlükələrdən biridir

Şəhər mühitinin və sosial infrastrukturun inkişafı olmadan urbanizasiyanın artması müasir meqapolislər üçün əsas təhlükələrdən birinə çevrilir.

"Report" xəbər verir ki, bunu Milan Politexnik Universitetinin (Politecnico di Milano ) professoru Valeriya Fedeli Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bir çox ölkələr urbanizasiyanın həyat keyfiyyətinin təmin edilməsi mexanizmləri, sosial inteqrasiya və infrastruktur dayanıqlığından daha sürətlə inkişaf etdiyi vəziyyətlə üzləşir.

"Biz şəhər mühitindən və həyat keyfiyyətindən qopmuş urbanizasiya həyata keçiririk", - professor deyib.

O vurğulayıb ki, ucqar ərazilərin və kiçik ərazilərin sakinləri getdikcə daha çox mənzilə, sosial dəstəyə və iqtisadi imkanlara çıxışdan məhrum olur ki, bu da meqapolislərə təzyiqi artırır.