“İsveç Aİ və Azərbaycan arasında yeni çərçivə sazişi üzrə danışıqlarda irəliləyişə ümid edir”.
Bunu “Report”a müsahibəsində İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson deyib.
Səfir bildirib ki, bu ilin aprelində səfirlik ADA Universitetində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, İsveçin və Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrindəki səfirlərinin, eləcə də İsveç və Azərbaycanın analitik mərkəzlərinin iştirakı ilə Aİ-Azərbaycan münasibətləri mövzusunda seminar təşkil edib.
T.Lorentsson əlavə edib ki, İsveç həmçinin Aİ-nin regionda davamlı sülhün təşviqinə yönəlmiş fəaliyyətlərini dəstəkləməyə davam edəcək.
“Aİ və Azərbaycan arasında energetika, o cümlədən “yaşıl” enerji sahəsində keçən il imzalanmış Anlaşma Memorandumunu nəzərə alsaq, “yaşıl” keçidə diqqətimiz Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb edir”, - səfir vurğulayıb.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.