İsrail səfiri Azərbaycana başsağlığı veribİsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik Şuşanın Daşaltı kəndində mina partlayışı nəticəsində 2 mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
“Report”un xəbərinə görə, bu barədə o, öz tviter səhifəsində yazıb.
"Azərbaycan xalqına və xüsusilə də bu gün minalarda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk", - başsağlığında deyilir.
Qeyd edək ki, bu gün Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxs - “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Bildirilib ki, Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
Our deepest condolences to the Azerbaijani people and especially to the families of the victims who were killed by landmines today https://t.co/7akFXxgNmW