“Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın mühüm geosiyasi mövqeyi qlobal problemləri həll etməyə imkan verir”.
"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.
Onun sözlərinə görə, Azərbaycan artıq “region üçün xüsusi baxışa” malik olduğunu nümayiş etdirib.
İ.Serageldin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətindən bəhs edib və bir çox böyük təşkilatların onu tərəfdaş seçdiyini bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Mərkəzin tədbirlərində bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, keçmiş dövlət başçıları, Baş nazirləri və nazirləri iştirak edir:
"Ümumiyyətlə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il ən aktual qlobal problemlərin müzakirə olunduğu azı 10 tədbir keçirir. Belə tədbirlərin iştirakçıları qlobal çağırışların öhdəsindən gəlmək üçün ümumi yollar tapırlar. Növbəti belə tədbir Qlobal Bakı Forumu olacaq".