İrina İlina: Daşınmaz əmlak vergisi əmlak bərabərsizliyinin azaldılmasında vasitə ola bilər
- 21 may, 2026
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Vergilərdən, o cümlədən daşınmaz əmlak vergilərindən cəmiyyətdə əmlak bərabərsizliyini azaltmaq üçün istifadə edilə bilər.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin nümayəndəsi İrina İlina Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" tədbirində bildirib.
Onun sözlərinə görə, vergitutma sosial-iqtisadi sistemlərin dəyişdirilməsinin , həm də toplanmış əmlak bərabərsizliyi kontekstində mühüm vasitəsidir.
"Vergilər çox vaxt mənfi qarşılanır, lakin düzgün tətbiq edildikdə onlar dövlət siyasətinin effektiv mexanizmi olurlar", - o bildirib.
O, nümunə kimi Rusiyanı göstərib, orada daşınmaz əmlak vergiləri yerli vergilərə aid edilir və yollar, məktəblər və sosial obyektlər də daxil olmaqla şəhər infrastrukturunun inkişafını maliyyələşdirməyə imkan yaradaraq bələdiyyələrin resurs bazasını formalaşdırır.
Onun sözlərinə görə, Rusiya vergitutma sistemində obyektlərin dəyərindən asılı olaraq fiziki şəxslərin əmlak vergisi üzrə 0,1 %-dən 2,5 %-ə qədər diferensial dərəcələr qüvvədədir.