İranın XİN başçısı Azərbaycana gəlib

İranın XİN başçısı Azərbaycana gəlib İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir
Xarici siyasət
22 Dekabr , 2021 11:15
İranın XİN başçısı Azərbaycana gəlib

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanda səfərdədir.

İranın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, nazirin təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

O, birgünlük səfər çərçivəsində rəsmi şəxslərlə görüşəcək. 

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər müzakirə olunacaq.

10:05

Bu gün İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycana gəlir.

“Report” xəbər verir ki, səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti əsasında həyata keçirilir.

İranın XİN başçısının Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafı və regional əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

H.Əmirabdullahian İranın IRIB telekanalına müsahibəsində deyib ki, səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və başqa rəsmi şəxslərlə görüşəcək: “Tehran-Bakı əlaqələri son aylarda iki ölkə münasibətlərində yaranan bəzi anlaşılmazlıqlara baxmayaraq, yaxşı, sabit və inkişafa meyillidir.

Ötən iki ayda Azərbaycan Respublikasının bəzi yüksək vəzifəli rəsmilərinin Tehrana gediş-gəlişlərinin şahidi olduq. Bu ay iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) Aşqabatda keçirilən sammiti çərçivəsində görüşüblər. Görüş müsbət və konstruktiv oldu”.

Səfər çərçivəsində C.Bayramovla H.Əmirabdullahian birgə mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi