İlham Əliyev vyetnamlı həmkarına məktub göndərib

İlham Əliyev vyetnamlı həmkarına məktub göndərib Prezidentİlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri Nquyen Fu Çonqa məktub ünvanlayıb.
Xarici siyasət
1 Sentyabr , 2020 15:41
İlham Əliyev vyetnamlı həmkarına məktub göndərib
İlham Əliyev
0 : 00
0 : 00

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonqa məktub ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 75-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnam arasındakı əlaqələr zəngin tarixə və xoş ənənələrə malikdir. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin olacaqdır.

Bu xoş gündə Sizə cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim firavanlıq və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi