İzmirdə ümummilli lider Heydər Əliyev adına park və abidənin açılışı olub

İzmirdə ümummilli lider Heydər Əliyev adına park və abidənin açılışı olub İzmir. 28 fevral. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı olub.
Xarici siyasət
28 Fevral , 2018 23:52
İzmirdə ümummilli lider Heydər Əliyev adına park və abidənin açılışı olub

İzmir. 28 fevral. REPORT.AZ/ Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda ümummilli lider Heydər Əliyevin adına salınmış parkın və abidənin açılışı olub.

"Report"un Türkiyə bürosu xəbər verir ki, qonşu ölkənin və Azərbaycanın hökumət nümayəndələrinin qatıldığı mərasimdə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Karşıyaka bələdiyyəsinin sədri Hüseyn Mutlu Akpınar Bakının qardaş şəhəri İzmirdə ümummilli liderin adına parkın açılmasını tarixi hadisə adlandırıb. O, qeyd edib ki, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkun ən çox sevdiyi və ömrünün çox hissəsini keçirdiyi bu şəhərdə dahi şəxsiyyət Heydər Əliyevin də adının əbədiləşdirilməsi türk dünyasının hər iki şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva çıxışlarında çağdaş Azərbaycanın qurucusu Heydər Əliyevin keçdiyi çətin və keşməkeşli həyat yolundan, apardığı mübarizələrdən danışıblar. Çıxışlarda həmçinin Heydər Əliyevin İzmirlə bağlı maraqlı xatirələrindən bəhs edilib.

Son xəbərlər

Orphus sistemi