Yuxarı
    Bağlamaq

    İtaliya Senatının nümayəndə heyəti Azərbaycana səfər edəcək

    Azərbaycan və İtaliya arasında parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq

    Bakı. 13 may. REPORT.AZ/ İtaliya Senatının nümayəndə heyəti mayın 25-28-də Azərbaycana səfər edəcək.

    İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, İctimai Siyasət üzrə Komitənin rəhbəri, senator Vannino Kitinin (Vannino Chiti) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək, Milli Məclisin deputatları ilə görüşəcək.

    Görüşlər zamanı ikitərəfli parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi