İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsinə kömək göstərən ölkələrə minnətdarlıq bildirib
Xarici siyasət
25 Noyabr , 2016 18:43
İsrail göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrailin Xarici İşlər Nazirliyi ölkənin şimalında baş vermiş yanğınların söndürülməsində kömək göstərən dövlətlərə təşəkkür edib.

"Report"un verdiyi məlumata görə, İsrail tərəfi Azərbaycan, Türkiyə, Yunanıstan, Kipr, Xorvatiya, İtaliya, ABŞ, Fransa və Rusiyanın kömək göndərdiyini açıqlayıb.

İsraildə bu həftə baş verən meşə yanğınları eyni vaxta ölkənin bir neçə rayonunda da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar. Hazırda yanğın ölkənin şimalında Hayfa, Hadera və Zixron-Yaakov şəhərlərində tüğyan edir. 

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Son xəbərlər

Orphus sistemi