İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Xarici siyasət
  • 27 may, 2019
  • 11:46
İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İspaniyanın Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi İspaniya Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə xoşbəxtlik və uğurlar, əziz Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

44 filmi