İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 19 aprel, 2016
  • 06:49
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, nazir Bakıya aprelin 25-də gələcək.

Məlumata əsasən, səfərin məqsədi BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunda iştirak etməkdir.

Səfər çərçivəsində iranlı nazirin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirməsi də nəzərdə tutulub.