Bakı. 25 yanvar.
İranın Naxçıvandakı baş konsulluqdan “Report”a verilən məlumata görə, vali səfər çərçivəsində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.
Ali Məclisin sədri Naxçıvanla Qərbi Azərbaycan vilayəti arasındakı mövcud əlaqələrdən danışıb. V.Talıbov İran dövlətinin və xalqının Naxçıvana göstərdikləri köməyi vurğulayaraq, iqtisadi, gömrük, tranzit və mədəniyyət sahələrindəki ikitərəfli əməkdaşlıqlardan razılığını bildirib.
Q.Səadət Azərbaycan, o cümlədən Naxçıvan ilə ikitərəfli əməkdaşlıq imkanlarına diqqət çəkərək, bu imkanlardan səmərəli istifadə olunacağına ümidvar olduğunu deyib. Vali həmçinin Ali Məclisin sədrini Ürmiyəyə səfərə dəvət edib.
Bundan sonra ürmiyəli iş adamalrı Naxçıvan Biznes Mərkəzi ilə tanış olaraq naxçıvanlı sahibkarlarla görüşüb müzakirələr aparıblar.
Qərbi Azərbaycan vilayətinin rəsmi heyəti Naxçıvana səfərin sonunda İranın Naxçıvandakı baş konsulluğunda olub, baş konsul Mansour Airomla Naxçıvanla ikitərəfli əlaqələrin inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparılıb.