Bakı. 9 oktyabr. REPORT.AZ/ İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə yeni rəis təyin olunub.
Bu barədə “Report”a səfirlikdən məlumat verilib.
Mətbuat xidmətinin əvvəlki rəhbəri Seyid Məhəmməd Ayətullahinin diplomatik missiyası başa çatıb.
Onun yerinə təcrübəli diplomat Məhəmməd Rza Nəcəfi təyin olunub. İran səfirliyinin mətbuat xidmətinin yeni rəisi fars dilindən başqa, Azərbaycan dilini də bilir.