İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Səfər zamanı İbrahim Rəhimpur Azərbaycan XİN başçısının müavini Xələf Xələfovla görüşəcək
Xarici siyasət
8 Noyabr , 2014 10:37
İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur sabah Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri öncəsi müəyyən məsələləri müzakirə etməkdir. Səfər zamanı İ.Rəhimpur Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfovla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin genişləndirməsi, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İ.Rəhimpur İran prezidenti H.Ruhani ilə birlikdə vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi