İran xarici işlər nazirinin müavini Azərbaycana gəlib

İran xarici işlər nazirinin müavini Azərbaycana gəlib Martın 4-5-də Bakıda Xəzər məsələləri üzrə xüsusi işçi qrupun iclası keçiriləcək
Xarici siyasət
3 Mart , 2015 11:37
İran xarici işlər nazirinin müavini Azərbaycana gəlib

Bakı. 3 mart. REPORT.AZ/ İran xarici işlər nazirinin müavini, bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur Azərbaycana gəlib.

İranın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, nazir müavininin səfərinin məqsədi martın 4-5-də Bakıda keçiriləcək Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun iclasında iştirak etməkdir.

Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun 5 Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin üzərində iş davam etdiriləcək. 

Qeyd edək ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Bakıdakı iclasda iştirak etmək üçün Qazaxıstan XİN xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova gəlib. 

Son xəbərlər

Orphus sistemi