Həsən Ruhani: "İran və Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək"

Həsən Ruhani: "İran və Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək" ​İran prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Xarici siyasət
19 Oktyabr , 2016 18:19
Həsən Ruhani: İran və Azərbaycan arasındakı dostluq münasibətləri hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.

Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi