İran prezidenti: "İslamda təhdid, terror, zorakılıq yoxdur"

İran prezidenti: "İslamda təhdid, terror, zorakılıq yoxdur" "Biz Rəhman İslamı istəyirik, İslam dini rəhmət dinidir"
Xarici siyasət
29 Mart , 2018 18:52
İran prezidenti: İslamda təhdid, terror, zorakılıq yoxdur

Bakı. 29 mart. REPORT.AZ/ "İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur".

"Report"un məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bildirib.

"Biz xalqlarımızı bir-biri ilə görüşmək zövqündən məhrum etməməliyik. Siz bilirsiniz ki, bir iranlı Azərbaycana gəldikdə, onun hissləri Azərbaycanın onun üçün ikinci vətən olduğunu əks etdirir. Siz də İrana gələndə İran haqqında eyni hissləri keçirirsiniz. Biz mədəni sahədə bir-birimizlə əməkdaşlıq etməliyik. Biz Rəhman İslamı istəyirik, İslam dini rəhmət dinidir. Biz Allahın adını Rəhmanı-Rəhimlə çəkirik. Biz namazı Allahın Rəhmanı-Rəhimi ilə başlayırıq. Biz Allahı rəhmli, bağışlayan bilirik. Allah-Təalanın rəhmətindən böyük rəhmət yoxdur. “Ey Rəbbimiz, Sənə iman gətirdik. Bizi bağışla, bizə rəhm elə. Sən mərhəmətlilərin ən mərhəmətlisisən!”. Ən böyük məhəbbətlər Allah tərəfindəndir. Bir-birimizlə qarşılaşanda Allah-Təalanın bu əzəmətini aramızdakı əlaqələrimizdə görməliyik, hiss etməliyik. İslamda dostluq, səmimiyyət, rəhman və rəhmət vardır, İslamda təhdid yoxdur, İslamda terror yoxdur, İslamda zorakılıq yoxdur. Biz o İslamı qəbul edirik ki, bizim Peyğəmbərimiz, Əli-Murtuza, bizim imamlarımız və peyğəmbərin səhabələri o yolu getmişlər və biz həmin yolu gedirik", - hökumət başçısı qeyd edib.

Son xəbərlər

Orphus sistemi