İqor Bratçikov: "Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər gələn il başlayacaq"

İqor Bratçikov: "Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər gələn il başlayacaq" "Demək olar ki, kartoqrafik materialların hazırlanmasını başa vurmuşuq"
Xarici siyasət
18 May , 2016 17:24
İqor Bratçikov: Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər gələn il başlayacaq

Bakı. 18 may. REPORT.AZ/ "Sahə" işlərinin başlanması üçün zəruri olan kartoqrafik materialların hazırlanmasını, demək olar ki, başa vurmuşuq. Həmçinin, sərhəd nişanlarının quraşdırılması, bölgü yerlərinə çıxış üçün qurumlararası demarkasiya işçi qrupunun formalaşdırılması üzrə konkret mərhələli plan işləyib hazırlamışıq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

"Demarkasiya hər zaman birgə proses olub. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın hazırlıq səviyyəsini nəzərə aldıqda Rusiyanın cənub hissəsində sərhəd dirəklərinin basdırılmasının artıq gələn ildən başlayacağını düşünürəm", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi