İndoneziya və Fələstin dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xarici siyasət
  • 30 may, 2018
  • 15:06
İndoneziya və Fələstin dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 30 may. REPORT.AZ/ İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri.

İcazə verin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım. Arzu edirəm ki, bu bayram Sizə və Azərbaycan xalqına uzunmüddətli rifah və tərəqqi gətirsin.

Mən İndoneziya və Azərbaycanın illər ərzində qarşılıqlı etimad və hörmətə əsaslanan səmimi münasibətləri bölüşdüyünü qeyd etməkdən məmnunam. Ümid edirəm ki, xalqlarımızın tərəqqisi və firavanlığı naminə gələcəkdə də birgə çalışacaq, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

Bundan əlavə, Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunur: 

"Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident.

Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm. Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaqdır.

Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm".

44 filmi