Yuxarı

​İlham Əliyev Qazaxıstana işgüzar səfərə gedib

Astana şəhərinin hava limanında prezidentin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.

"Report" xəbər verir ki, dövlət başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak edəcək.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi